Sabah “Qarabağ” üçün həlledici gündür

Sabah “Qarabağ” üçün həlledici gündür

Klubumuz “Avroliqa”nın qrup mərhələsinə vəsiqə qazanmağa çalışacaq

 

Sabah Azərbaycanın Avrokuboklarda yeganə təmsilçisi olan “Qarabağ” növbəti oyununa çıxacaq. AYNA xəbər verir ki, Ağdam təmsilçisi Şimali İrlandiya çempionu “Linfild” komandası ilə qarşılacaq.

 

“Qarabağ” pley-off mərhələsində “Linfild”i məğlub etməklə, “Avroliqa”nın qrup mərhələsinə vəsiqə qazanmağa çalışacaq.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma, yerli vaxtla saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, Azərbaycan çempionu ilk oyunda Şimali İrlandiya təmsilçisinə 3-2 hesabı ilə məğlub olmuşdu.

Müəllif: Ayna.az      28 Avqust 2019 17:04
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin