“Youtube” iki mühüm dəyişikliyə hazırlaşır

“Youtube” iki mühüm dəyişikliyə hazırlaşır

Şirkət barəsində başlanan istintaqa görə sistemlərində müxtəlif dəyişikliklər edəcək

 

“Youtube” azyaşlı uşaqlar üçün olan videoları başqa bir platformadan yayımlamağı planlaşdırır. Eyni zamanda, “Youtube” videoların avtomatik şəkildə bir-birinin ardınca göstərilməsi funksiyasını da ləğv etmək haqda fikirləşir.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, azyaşlı uşaqları, onlara mənfi təsir göstərə biləcək məzmunlardan qorumaq üçün düşünülən bu platformanın texniki hazırlıqları davam etdirilir.

 

“Youtube”-un dəyişməyə çalışdığı digər bir funksiyası isə videoların avtomatik şəkildə ard-arda göstərilməsi funksiyasıdır. Bu xüsusiyyət şirkətə böyük reklam gəlirləri qazandırır. Lakin idarəçilər ABŞ Federal Ticarət Komissiyasının şirkətlə bağlı başlatdığı istintaqa görə sistemlərində müxtəlif dəyişikliklər edirlər.

 

Qeyd edək ki, “Youtube” “Google”-dan sonra dünyanın ən çox istifadə olunan ikinci internet saytıdır. Bu platformada gün ərzində təqribən 1 milyard saat video izlənilir.

Müəllif: Ayna.az      20 İyun 2019 14:28
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin