Əsas səhifə Haqqımızda Xəbər lenti

Saltuk Düzyol: “TANAP ilə Türkiyəyə 8,4 mlrd kubmetr qaz nəql edilib"

Saltuk Düzyol: “TANAP ilə Türkiyəyə 8,4 mlrd kubmetr qaz nəql edilib"

TANAP-ın 15 illik qaz tranzit müqaviləsi var

 

Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 8,4 milyard kubmetr həcmində Azərbaycan təbii qazı nəql edilib.

 

AYNA-nın məlumatına görə, bunu TANAP Konsorsiumunun Baş direktoru Saltuk Düzyol azərbaycanlı jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, kommersiya qazının nəqlinə başlanılandan, 2018-ci ildən nəql edilən qazın həcmi 2 mlrd kubmetr, sonra 4 mlrd kubmetr təşkil etmişdi. “Bu ildən başlayaraq ixrac edilən qazın həcmi illik 6 mlrd kubmetr layihə gücündə olacaq".

 

O qeyd edib ki, TANAP-ın 15 illik qaz tranzit müqaviləsi var.

 

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Müəllif: Ayna.az      14 Yanvar 2021 20:46
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin