Əsas səhifə Haqqımızda Xəbər lenti

İki cizgi filmi surdotərcümə formatında hazırlandı

İki cizgi filmi surdotərcümə formatında hazırlandı

Eşitmə və nitq qabiliyyəti olmayan uşaqlar “Mənim balaca şahzadəm” və “Çətin məsələ”ni izləyəcəklər

 

Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün “Mənim balaca şahzadəm” və “Çətin məsələ” cizgi  filmləri surdotərcümə formatında hazırlanıb.

 

Bu barədə AYNA-ya İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib.

 

Onun bildirdiyinə görə, filmin surdotərcümə versiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.

 

Eyni zamanda, filmin surdotərcümə versiyası 150 nüsxə DVD disk formatında çoxaldılaraq uyğun şəxslər və müəssisələr arasında pulsuz paylanılacaq.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      29 Dekabr 2020 13:06
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin