Erməni idmançı Rusiyada Azərbaycanı təmsil edib – VİDEO

Erməni idmançı Rusiyada Azərbaycanı təmsil edib –           VİDEO

Federasiya: Məşqçi idmançının erməni əsilli olmasından xəbərsiz olub

 

Azərbaycanlı qılıncoynadanlar tez-tez xarici ölkələrdə yarışlara qatılırlar. Onlar dünya, Avropa kimi mötəbər yarışlarla yanaşı, beynəlxalq turnirlərdə də özlərini sınayırlar.

 

İdmançılarımız bu il ərzində də bir neçə beynəlxalq turnirdə iştirak ediblər. Həmin yarışlardan biri - bu ilin may ayında Rusiyanın Rostov şəhərində keçirilən, 14-17 yaşlı idmançılar arasında açıq çempionat olub.

 

Sözügedən yarışda qılıncoynadanlarımız uğurlu nəticə göstərərək medallar qazanıblar, bayrağımızı qaldırıblar. Və maraqlısı odur ki, bu turnirdə bizi təmsil edənlər sırasında Robert Sergeyeviç Axverdov da olub.

 

AYNA idmançının sənədlərini əldə edib. Məlum olub ki, yeniyetmə idmançı Osetiyada doğulsa da, əslən ermənidir. Yəni erməni əsilli qılıncoynadan Azərbaycanın adından həmin çempionatda çıxış edib, medal qazanıb və bayrağımızı qaldırıb.

Müəllif: Təranə Xudabaxşiyeva      21 Avqust 2019 12:20
İdman bölməsinə aid digər xəbərlər
1 Oktyabr
10:22
“Qasparyan unudub ki, biz qazaxlar da “mağara qəbiləsinin qalıqları” arasındayıq”
30 Sentyabr
23:21
Arayış almaq üçün qapı-qapı gəzib, manat-manat xərcləməkdən qurtulmaq zamanıdır
30 Sentyabr
21:15
Beynəlxalq aləmin təsirsizliyi Azərbaycanın işinə yarayacaq – TARİXİ ƏDALƏT
30 Sentyabr
19:15
“Onlar hərbi cinayətkarları bizə təhvil verməyəcəklər, lakin…”
30 Sentyabr
17:05
“Torpaqlarımızdan tam və dərhal çıxıb rədd olmalıdırlar” - PREZİDENT
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin