Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda COVID-19-a yeni yoluxma statistikası açıqlandı

Azərbaycanda COVID-19-a yeni yoluxma statistikası açıqlandı

Son sutkada 2265 nəfər sağalıb, 37 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3942 yeni yoluxma faktı qeydə alınıb, 2265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 129 544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 79 162 nəfər müalicə olunaraq sağalıb, 1470 nəfər vəfat edib, aktiv xəstə sayı 48 912 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 411, ötən müddət ərzində isə ümumilikdə 1 763 609 test aparılıb.

 

Müəllif: Ayna.az      2 Dekabr 2020 14:10
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin