Əsas səhifə Haqqımızda Xəbər lenti

BDU-dan qovulan tələbə universitetə bərpa olunub

BDU-dan qovulan tələbə universitetə bərpa olunub

Pərviz Məhəmmədov universitetdə təhsilini davam etdirəcək

 

Onlayn dərs zamanı dövlət bayrağını başına keçirib rəqs etdiyi üçün qovulan tələbə universitetə bərpa olunub. AYNA xəbər verir ki, bu barədə onun tələbə yoldaşları sosial şəbəkələrdə paylaşım ediblər.

 

Bildirilib ki, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin I kurs tələbəsi Pərviz Məhəmmədov universitetdə təhsilini davam etdirəcək.

 

Qeyd edək ki, noyabrın 28-də Pərviz Məhəmmədov BDU-ya çağırılaraq onunla söhbət aparılıb. Daha sonra onun əməlinə görə üzürxahlıq etdiyi videomüraciət yayılıb.

Müəllif: Ayna.az      30 Noyabr 2020 09:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin