Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyə millisi Rusiyaya qalib gəldi

Türkiyə millisi Rusiyaya qalib gəldi

Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2

 

Türkiyə və Rusiya milli yığmaları UEFA Avropa Liqasında V turun ikinci oyun günündə qarşılaşıblar. AYNA xəbər verir ki, İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

 

Hesabı 11-ci dəqiqədə Rusiya millisi açıb. 24-cü dəqiqədə qonaq komanda Andrey Semyonovun qırmızı vərəqə almasına görə azlıqda qalıb.

 

26-cı dəqiqədə Kenan Karaman, 32-ci dəqiqədə Cengiz Ünder fərqlənib. 52-ci dəqiqədə isə Cenk Tosun penaltini dəqiq yerinə yetirib.

 

57-ci dəqiqədə Daler Kuzyayev fərqi azalda bilib. Lakin bu, oyunda vurulan son qol olub.

 

Bununla da Rusiya səkkiz xalla birinci, Türkiyə altı xalla üçüncü pillədədir.

Müəllif: Ayna.az      15 Noyabr 2020 23:49
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin