Əsas səhifə Haqqımızda Xəbər lenti

Baş bankir: “Strateji valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur”

Baş bankir: “Strateji valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur”

Elman Rüstəmov: “İlin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli olaraq qalır”

 

Bir çox ölkədə karantin rejiminin sərtləşdirilməsi neftə tələbatın davamlı bərpasına mane olur. AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

 

Onun özlərinə görə, "Brent" markalı neftin orta qiyməti sentyabr-oktyabr aylarında 42 ABŞ dolları səviyyəsində olub.

 

"İlin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli olaraq qalır. Bu da strateji valyuta ehtiyatların qorunmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur və bu, ÜDM-in 100% səviyyəsini üstələyir", - deyə E. Rüstəmov qeyd edib.

 

O həmçinin əlavə edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən artmaqda davam edib və artım 3,4% təşkil edib.

Müəllif: Ayna.az      30 Oktyabr 2020 13:04
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin