Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda daha səkkiz nəfər COVID-19-dan vəfat edib

Azərbaycanda daha səkkiz nəfər COVID-19-dan vəfat edib

Son sutkada 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb

 

Azərbaycanda koronavirusa (COVID-19) 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, səkkiz nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 8397 nəfərdir.

 

Ölkədə son sutka ərzində 6814, hazırkı dövrədək isə 1298348 test aparılıb. Ümumi ölənlərin sayı 679 nəfərdir.

 

Ümumi yoluxanların sayı 50486 nəfər, ümumi sağalanların sayı 41410 nəfərdir.

Müəllif: Ayna.az      26 Oktyabr 2020 16:32
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin