Dünya bazarında neftin qiyməti ucuzlaşır

Dünya bazarında neftin qiyməti ucuzlaşır

Azərbaycan neftinin qiyməti də enib

 

Dünya birjalarında neft qiymətləri ucuzlaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar geriləyərək 41,42 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,09 dollar ucuzlaşaraq 39,22 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,19 dollar ucuzlaşaraq 41,45 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      22 Sentyabr 2020 11:03
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin