Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan XİN-in kollegiyasının tərkibi dəyişib

Azərbaycan XİN-in kollegiyasının tərkibi dəyişib

Baş Nazir Əli Əsədov qərar imzalayıb  

 

Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” 2004-cü il 3 sentyabr tarixli 122 nömrəli qərarda dəyişiklik edib. 

 

AYNA-nın məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

 

Qərara əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:

 

Kollegiyanın sədri

 

Azərbaycan Respublikasının Xarici İşlər naziri

 

Kollegiyanın üzvləri: 

 

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavinləri

 

“ADA” Universitetinin rektoru

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi.

Müəllif: Ayna.az      21 Sentyabr 2020 21:56
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin