Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyədə COVID-19 qurbanlarının sayı artıb

Türkiyədə COVID-19 qurbanlarının sayı artıb

Ümumilikdə 298 039 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub

 

Türkiyədə son sutka ərzində koronavirusdan 66 nəfər ölüb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, son 24 saatda 109 985 şübhəli koronavirus testindən keçib, onlardan 1648-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1372 nəfər olub, 1143 xəstə isə sağalaraq evə buraxılıb.

 

Türkiyədə ümumilikdə 298 039 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 263 745 nəfər sağalıb, 7315 nəfər ölüb.

 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün "Twitter" səhifəsində toplam test sayının 9 milyona yaxınlaşdığını bildirib.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      18 Sentyabr 2020 06:13
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin