Lukaşenko Putinlə danışmaq istəyir: “Təhdid təkcə Belarusa deyil”

Lukaşenko Putinlə danışmaq istəyir: “Təhdid təkcə Belarusa deyil”

Belarus lideri: “Rusiya Prezidenti Putinlə əlaqə saxlamalıyam”

 

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə davam edən etiraz aksiyaları fonunda rusiyalı həmkarı Vladimir Putinlə danışmaq istədiyini bildirib. Bu barədə AYNA “BelTA”ya istinadən xəbər verir.

 

“Rusiya Prezidenti Putinlə əlaqə saxlamalıyam. Çünki bu, artıq təkcə Belarus üçün təhdid deyil”, - deyə Belarus lideri bildirib.

 

Qeyd edək ki, avqustun 9-u axşam saatlarından etibarən Belarusda prezident seçkilərinin nəticələrinə etiraz olaraq vətəndaşlar aksiyalara başlayıblar. Artıq 6 gündür davam edən aksiyalar Belarusun təhlükəsizlik qüvvələrinin zorakılığı ilə müşahidə edilir. Mitinq iştirakçılarına polis tərəfindən gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edilir. Belarus hakimiyyətinə beynəlxalq qurumlar və müxalif namizəd olmuş Svetlana Tixanovskaya tərəfindən zorakılığı dayandırmaq, yeni seçkilər təyin etmək çağırışı edilir. Lukaşenko hakimiyyəti isə çağırışlara məhəl qoymur.

 

Xatırladaq ki, Belarus Mərkəzi Seçki Komissiyası (MSK) dünən seçkilərin son nəticəsini açıqlayıb. MSK-nın məlumatına görə, seçicilərin 80,1 faizi hazırkı Prezident Aleksandr Lukaşenkoya, 10,1 faizi müxalifət namizədi Svetlana Tixanovskayaya səs verib. Tixanovskaya bu nəticələri tanımadığını açıqlayıb.

Müəllif: Ayna.az      15 Avqust 2020 14:03
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin