“Fənərbaxça”nın futbolçusu koronavirusa yoluxub

“Fənərbaxça”nın futbolçusu koronavirusa yoluxub

Virus aşkarlanan hər iki şəxs öz evində karantinə alınıb

 

“Fənərbaxça”nın kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

 

AYNA xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

 

Xəbərdə avqustun 13-də bütün futbolçu, məşqçi heyətindən, eləcə də klubda çalışan digər şəxslərdən götürülən testlərdən ikisində nəticənin pozitiv çıxdığı diqqətə çatdırılıb. Onlardan biri futbolçu, digər isə texniki heyətdəndir. Virus aşkarlanan hər iki şəxs öz evində karantinə alınıb və onlar xüsusi nəzarətə götürülüblər.

Müəllif: Ayna.az      14 Avqust 2020 09:42
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin