Türkiyədə kəşfiyyat təyyarəsi qəzaya uğrayıb

Türkiyədə kəşfiyyat təyyarəsi qəzaya uğrayıb

Yeddi polis əməkdaşı həlak olub

 

Türkiyənin Van bölgəsində kəşfiyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ikisi pilot olmaqla yeddi polis əməkdaşı həlak olub. Bu barədə AYNA qardaş ölkə mətbuatına istinadən məlumat verir.

 

Ölkənin Daxili İşlər naziri Süleyman Soylu 2015-ci ildə istehsal olunan təyyarənin Vanın Ferit Melen hava limanından havaya qalxdığını bildirib. Təyyarənin Artos dağına çırpılaraq qəzaya uğradığı ehtimal edilir. Hadisə ilə bağlı təhqiqat aparılır.

Müəllif: Ayna.az      16 İyul 2020 11:26
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin