Rusiyada COVID-19-dan ölüm sayı 12 minə yaxınlaşır

Rusiyada COVID-19-dan ölüm sayı 12 minə yaxınlaşır

Son sutka ərzində 6 min 248 nəfər koronavirusa yoluxub

 

Son sutka ərzində Rusiyada 6 min 248 nəfər koronavirusa yoluxub. AYNA rus mətbuatına istinadən bildirir ki, bununla da sözügedən ölkədə COVID-19-a yoluxanların sayı 739 min 947 nəfərə çatıb.

 

Bir gündə 175 nəfər koronavirusdan ölüb ki, ümumilikdə koronavirusdan ölənlərin sayı 11 min 614 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı isə 512 min 825 nəfərdir.

 

Qeyd edək ki, Rusiya COVID-19-a yoluxma sayına görə dünyada dördüncü yerdə qərarlaşıb.

Müəllif: Ayna.az      14 İyul 2020 12:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin