Operativ Qərargahdan vətəndaşlara tövsiyə

Operativ Qərargahdan vətəndaşlara tövsiyə

Hikmət Hacıyev: “Vətəndaşlara xarici səfərlərdən çəkinməyi tövsiyə edirik”

 

Xarici ölkələrdən reyslərin təşkil olunmasında birinci məqam xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təmin etməkdir. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

 

“Çünki pandemiya başlayandan bu günə qədər sərhədlərin bağlanması nəticəsində bir çox vətəndaşlarımız müxtəlif ölkələrdə qalıblar. Xüsusən də yay tətili dövründə vətəndaşlarımızın valideynləri tərəfindən çoxsaylı müraciətlər olur. Onlar övladlarının təhsil müddəti başa çatdığı halda geri qayıda bilməmələri ilə bağlı müraciət edirlər. Ona görə də reyslərin təşkil olunmasında başlıca məram xaricdə olan azərbaycanlıların ölkəmizə gəlməsini təmin etməkdir”, - Hacıyev vurğulayıb.

 

O bildirib ki, ölkədən gedişlərdə də əsas məqsəd müalicə məqsədi ilə vətəndaşların xaricə səfərlərini asanlışdırmaqdır: “Həmçinin, biznes və iqtisadi münasibətlər kontekstində fəaliyyət göstərmək istəyən şəxslər var ki, bu, onlara da şamil olunur. Buna baxmayaraq, vətəndaşlara xarici səfərlərə getməkdən çəkinmələrini tövsiyə edirik”.

 

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə əlavə olaraq bildirib ki, eyni məqamlar bölgələr arasında da var: “Bu gün bölgələrdən də hər hansı bir xəstə müalicə məqsədi ilə Bakıya gəlməlidirsə, o, göndərişlə gələ bilər. Yaxud, hər hansı bir önəmli səbəbdən, iş məqsədilə gedib-gəlmək istəyənlərə də şərait yaradılır”.

Müəllif: Ayna.az      10 İyul 2020 18:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin