7-ci Panerməni oyunlarının açılışında iştirak edəcək
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edəcək. AYNA axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Qraparak" qəzeti yayıb. Məlumata görə, o, avqustun 6-da Xankəndində 7-ci Panerməni oyunlarının açılışında iştirak edəcək.
Qeyd edək ki, Paşinyan sonuncu dəfə Qarabağa mayın 9-da səfər edib. Bu səfərdən cəmi bir həftə sonra separatçılarla İrəvanın münasibətləri gərginləşib. Buna separatçı rejimin liderlərinin Robert Köçəryanın azad edilməsi üçün zəmanətçi olmaları səbəb olub.
Ən son xəbərləri səhifəmizdən də izləyin