Məşhur futbolçuya qarşı silahlı hücumun səbəbi bilindi

Məşhur futbolçuya qarşı silahlı hücumun səbəbi bilindi

Hadisənin soyğun məqsədilə törədildiyi ehtimal edilirdi

 

"Arsenal"ın oyunçusu Məsut Özilə Londonda bıçaqlı hücumun detalalrı məlum olub. AYNA qafqazinfo-ya istinadən xəbər verir ki, motosikletli 2 nəfər ötən gün Özilin avtomobilinə hücum çəkib. Futbolçu dostu Sead Kolaşinasın müdaxiləsindən sonra bıçaqlı şəxslər hadisə yerindən qaçıb. Hadisənin soyğun məqsədilə törədildiyi ehtimal edilirdi.  

 

Türkiyənin Londondakı səfiri Ümid Yalçının açıqlamasına görə, hadisə Kolaşinasın yeni saatı üstündə baş verib. O bildirib ki, şübhəlilər əslində Kolaşinasın saatını ələ keçirməyə çalışıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      27 İyul 2019 00:34
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin