Biləsuvarın su təminatı yaxşılaşdırılacaq - SƏRƏNCAM

Biləsuvarın su təminatı yaxşılaşdırılacaq -     SƏRƏNCAM

Prezident əlavə tədbirlər haqqında Sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Biləsuvar rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. AYNA xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat verilir.  

 

Sərəncama əsasən, Biləsuvar rayonunun Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 455 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Müəllif: Ayna.az      22 İyun 2020 12:45
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin