“Baktelecom”dan internetin verilməsində yaranan fasilələrlə bağlı açıqlama

“Baktelecom”dan internetin verilməsində yaranan fasilələrlə bağlı açıqlama

Bakının bəzi ərazilərində internetlə bağlı problem yaşanıb

 

“Bakı Telefon Rabitəsi” MMC-nin (Baktelecom) tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısa qapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır.

 

MMC-dən AYNA-ya verilən məlumata görə, nəticədə bəzi “Baktelecom” abunəçilərinin internet xidməti ilə təminatında fasilələr yaranıb.

 

Hazırda texniki heyət tərəfindən baş verən çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir.

Müəllif: Ayna.az      18 İyun 2020 23:18
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin