Pakistanda koronavirusla bağlı vəziyyətdə rekord

Pakistanda koronavirusla bağlı vəziyyətdə rekord

Pakistanda koronavirusa yoluxanların ümumi sayı 125 933-ə yüksəlib

 

Pakistanda koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə son sutka ərzində 6 397 nəfərdə koronavirus aşkarlanıb.

 

AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bununla da Pakistanda koronavirusa yoluxanların ümumi sayı 125 933-ə yüksəlib.

 

Bundan əlavə, son 24 saat ərzində daha 107 nəfər koronavirusun qurbanı olub. Nəticədə ölkədə koronavirusdan ölənlərin sayı 40 247-yə çatıb.

Müəllif: Ayna.az      13 İyun 2020 00:46
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin