Yerə doğru təhlükəli asteroid yaxınlaşır

Yerə doğru təhlükəli asteroid yaxınlaşır

Alimlər həmin vaxt onun Yerlə toqquşacağına dair proqnoz verməyib

 

Şənbə günü ölçüləri 250-570 metr olan və potensial təhlükə hesab edilən bir asteroid Yerə yaxınlaşacaq.

 

AYNA xəbər verir ki, bu barədə NASA-nın tədqiqat bölmələrindən birinin saytında bildirilib.

 

Asteroid planetimizlə ən yaxın məsafədən iyunun 6-da Bakı vaxtı ilə saat 07:20-də keçəcək. Alimlər həmin vaxt onun Yerlə toqquşacağına dair proqnoz verməyib. Çünki səma cismi Ayın orbitindən 13 dəfə uzaq məsafədən keçəcək. Bununla yanaşı, asteroidin hərəkət trayektoriyası Yerin orbiti ilə kəsişdiyindən, o, ciddi təhlükə hesab olunur.

 

Asteroid 2002-ci ildə aşkar olunub. Onun Günəş ətrafında bir dövr vurması təxminən 300 Yer sutkasına bərabərdir

Müəllif: Ayna.az      2 İyun 2020 08:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin