İranda fövqəladə vəziyyət başa çatır

İranda fövqəladə vəziyyət başa çatır

Bu gün Məşhəd və Qum şəhərlərindəki ziyarətgahlar yenindən açılıb

 

İranda son 24 saat ərzində daha 34 nəfər koronavirusdan dünyasını dəyişib və ölənlərin sayı 7 min 451-ə yüksəlib. AYNA xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözcüsü Kiyanuş Cihanpur Dövlət Televiziyasına açıqlama verib.

 

Bununla yanaşı, Cihanpur virusa yoluxanların sayının da 2023 nəfər artaraq 137 min 724 nəfərə çatdığını bildirib. Cihanpur virusa yoluxmuş xəstələrdən 2 min 585-nin vəziyyətinin ağır olduğunu, 107 min 713 nəfərin isə sağaldığını vurğulayıb.

 

Buna baxmayaraq, İranda fövqaladə vəziyyət artıq aradan qaldırılır və bu gün Məşhəd və Qum şəhərlərindəki ziyarətgahlar yenindən açılıb. Digər tərəfdən, sabahdan etibarən restoran, bazar, sauna, masaj salonları, kafe və çay evləri də fəaliyyətə başlayacaq. 

Müəllif: Ayna.az      25 May 2020 18:22
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin