Qazaxa dolu yağıb

Qazaxa dolu yağıb

Dolunun diametrini ölçmək mümkün olmayıb

 

Yerli vaxtla saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci​ Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb.

 

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, dolu təxminən 10 dəqiqə davam edib.

 

Hadisə stansiyadan və məntəqələrdən kənarda​ olduğundan  dolunun diametrini​ ölçmək mümkün olmayıb. Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət  edilib.

Müəllif: Ayna.az      22 May 2020 22:40
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin