“Qara qızıl”ın qiyməti son bir ayın maksimumuna yüksəlib

“Qara qızıl”ın qiyməti son bir ayın maksimumuna yüksəlib

Neftin qiyməti ardıcıl üçüncü həftəni artımla tamamlayır

 

Dünya bazarında neftin qiyməti son bir ayın maksimum səviyyəsinə yüksəlib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bazarın yenidən balanslaşdığına dair müsbət meyillər fonunda “qara qızıl”ın qiyməti ardıcıl üçüncü həftəni artımla tamamlayır.

 

Nyu-York birjasında fyuçers müqavilələrinin qiyməti bir aydan artıq müddətdə ilk dəfə 27 dollar/barreli ötüb, bu həftə ərzində isə təxminən 14 faiz bahalaşıb.

 

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 31 dollardan, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 28 dollardan baha satılır.

Müəllif: Ayna.az      15 May 2020 16:02
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin