Əsas səhifə Haqqımızda Xəbər lenti

ABŞ-da qocalar evində 70 nəfər koronavirusdan vəfat edib

ABŞ-da qocalar evində 70 nəfər koronavirusdan vəfat edib

İlkin məlumata görə, qocalar evində izolyasiya tədbirləri görülməyib

 

ABŞ koronavirusa yoluxma faktı 1 milyonu keçib. AYNA xarici mediaya əsasən xəbər verir ki, Massaçusettsdə müharibə iştirakçılarının yerləşdiyi qocalar evində birdən-birə 70 nəfər dünyasını dəyişib.

 

Kütləvi ölüm halı hökumətdə böyük təşvişə səbəb olub və baş prokurorluq cinayət işi açıb. İlkin istintaqa görə, qocalar evində izolyasiya tədbirləri görülməyib, xəstələrlə sağlam yaşlılar birlikdə qalırmışlar.

 

Həmçinin, orada yaşayan 82 qazi və 81 nəfərlik xidmət heyətində də Covid-19 testi müsbət çıxıb. Məlumata görə, qeydiyyat məsələsində, həmçinin sakin sayında da problem olub. Mart ayı sonunda 350 qazinin yaşadığı deyilən müəsisədə indi 100 qazinin olduğu bildirilir.

 

Rəsmilərin verdiyi məlumata görə, ABŞ-dakı qocalar evlərində ölənlərin sayı ümumilikdə 13 700 nəfərdir. Hökumət 15 mindən çox belə müəsisənin yenidən təftişinə qərar verib.

Müəllif: Ayna.az      29 Aprel 2020 11:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin