İranda bir gündə 3100 nəfərdə koronavirus aşkarlanıb

İranda bir gündə 3100 nəfərdə koronavirus aşkarlanıb

İranın Səhiyyə Nazirliyi koronavirusla bağlı son vəziyyəti açıqlayıb

 

İranda koronavirisa yoluxma faktı 80 minə, ölüm sayı isə 5 mindən çox insan ölduğu bir vaxtda ölkədə yoluxma sayında artım davam edir.


AYNA xarici mediaya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin rəsmisi Əlirza Vahabzadə son açıqlamasında bildirib ki, ölkədə ardıcıl 4 gün ərzində eyni sayda - 100 nəfər həyatını itirib. Yoluxma faktı sayı isə tək bir gündə 3100 nəfər olub. Ölkədə virus xəstəsi olan 54 064 xəstə sağalıb, hazırda müalicə alan və vəziyyəti nəzarətdə olan 20 472 nəfər həkim nəzarətindədir.

 

Qeyd edək ki, ölkədə karantin rejimi davam etsə də, bəzi vilayətlərdə vəziyyətlə bağlı yumşalma var, hətta artıq bir çox ərazilərdə alış-veriş məkanları işləməyə başlayıb.

Müəllif: Raminə Eyvazqızı      18 Aprel 2020 15:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin