Bakının “Köhnə hamam”ında meyit tapılıb

Bakının “Köhnə hamam”ında meyit tapılıb

Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib

 

Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində, “Köhnə hamam” kimi tanınan tikilinin içində kişi meyiti tapılıb. Bu barədə AYNA-ya hüquq mühafizə orqanlarından məlumat verilib.

 

Araşdırmalar zamanı meyitin Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonova məxsus olduğu müəyyən edilib. Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib.

 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Müəllif: Ayna.az      8 Aprel 2020 11:32
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin