Zavala gələsən, Merkel…
İnsan çalıb-çapmadan, oğurluq etmədən, necə deyərlər, halalına haram qatmadan yaşaya bilərmi? Bunsuz keçinməsi mümkünmü? Məncə, hə. Bir alman vətəndaşını – kəndlisini, fəhləsini, məmurunu götürək. Məsələn, bir alman kəndlisi onun balaları üçün tikilən məktəbin daşını oğurlarmı? Ya bir alman mühəndis özü və öz övladları, vətəndaşları üçün saldığı körpünün sementini, armaturunu və başqa şeylərini oğurlayıb satarmı artıq qazanc üçün? Cavab hər kəsə aydındı. Ancaq söhbət bizimkilərdən gedir. Məşhur lətifə hamının yadında olar.