Muəllif:

«Müdafiə nazirindən soruşmaq istərdim ki…»

«Ordunun Aynası»nda yeni rubrikaya başlayırıq. Bu rubrikada müxtəlif jurnalistlərin Müdafiə Nazirliyi və digər güc strukturları ilə əlaqələrinin durumu, onların nazirliyin informasiya siyasətindən razı qalıb-qalmadığını soruşacağıq. İlk müsahibimiz müxtəlif media orqanları ilə əməkdaşlıq edən jurnalist İdrak Abbasovdur.
— İdrak bəy, siz Müdafiə Nazirliyinin informasiya siyasətindən razısınızmı?
— Çox təəssüf olsun ki xeyr. Bunu izah edə bilərəm niyə görə. Xüsusilə də operativ məlumatların əldə edilməsində problemlər yaşanır. Tutaq ki, son vaxtlar atəşkəsin pozulması, hərbçilərin ölümü, yaralanmaları ilə bağlı məlumatların operativ şəkildə əldə edilməsi çox problemlidir. Əvvəllər heç olmasa Eldar Sabiroğlu (Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi — red) telefona cavab verirdi, yeni rəis Vaqif Dərgahlı isə bu məsələlərdə yoxdur, mətbuatda görünmür. Ancaq bir başqa məsələ də var. Sırf quru məlumatlar Müdafiə Nazirliyinin saytında yerləşdirilir. Buraya müdafiə nazirinin səfərləri, görüşləri, təlimlərdə iştirakı, atəşkəsin pozulması və s. istiqamətdə məlumatlar daxildir. Bunu hardasa irəliləyiş hesab etmək olar. Ümumi yanaşanda isə çox bərbad vəziyyətdədir. Hesab edirəm ki, Səfər Əbiyev dövründən qalan ciddi bir problem var. Müdafiə Nazirliyinin tərəfsiz, azad mediaya açıq olmamaq kimi problemi qalır.
— Sizcə problemi necə həll etmək olar?
— Bu problemin həll edilməsi üçün heç olmasa rübdə bir dəfə mətbuat konfransları təşkil etmək olar, nazirin özü, yaxud da hansısa müavinləri, yüksək vəzifəli zabitlər bu konfransda iştirak edib suallara cavab verə bilərlər. Misal üçün, istərdim ki, nazirə suallar verim ki, nəyə görə orduda intiharların sayı bu qədər çoxdur? Nəyə görə 3 ay 15 gün ərzində 28 hərbçi həyatını itirib, 36 hərbçi yaralanıb? Nəyə görə itkilərin sayı bu qədər çoxdur? Sual vermək istərdim ki, bizim ordu quruculuğu istiqamətində hansı işlər gedir? Biz NATO-yamı istiqamətlənirik, yoxsa «məmməd ordusu» sistemi qalır? Çoxsaylı suallar var, istərdim ki, nazir və yaxud hansısa vəzifəli bir şəxs olsun ki, bu sualları cavablandırsın…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 174