Muəllif:

Con Kerri: “Rusiya Ukraynada sabitliyi pozmazda davam edir”

ABŞ Ukraynanın işlərinə müdaxilənin yolverilməzliyi barədə növbəti xəbərdarlığı edib. Bunu dövlət katibi Con Kerri jurnalistlərin qarşısındakı çıxışında deyib. “Əgər Rusiya bundan sonra da indiki kurs ilə davam edərsə bu, sadəcə, ciddi yox, həm də baha başagələn  səhv olacaq”, — o bildirib. Kerri bir daha Moskvanı “deeskalasiya yolunu tutmağa çağırıb” və “yaradılmış imkanların bitdiyi” barədə xəbərdarlıq edib.  O qeyd edib ki, Rusiya xüsusi xidməti qonşu ölkədə sabitliyin pozulmasında fəal rol oynayır.

Amerika kəşfiyyatının məlumatına görə, Rusiya kəşfiyyat birliyi Ukraynada sabitliyin pozulmasında fəal rol oynayır. Kerrinin versiyasına görə, “Slavyanskda agentlərin bəzisinin fotoları çəkilib”.

Dövlət katibi onu da bildirib ki, dünya “Ukrayna hökumətinin hərəkətinin düzgün olduğunu” tanıyıb. Eyni zamanda dünya görür ki, Rusiya “sabitliyi pozmaq yolunu tutub”.

Kerri Rusiyanı Cenevrə razılaşmasını yerinə yetirməməkdə də ittiham edib. “Yeddi gün ərzində Rusiya düzgün istiqamətdə bir addım belə atmayıb.  Rusiya hakimiyyətinin heç bir nümayəndəsi separatçıları Cenevrə sazişinə əməl etməyə, silahı yerə qoymağa və binanı tərk etməyə çağırmayıb”, — Kerri vurğulayıb (Turan).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 63