Muəllif:

Azərbaycan şirkətləri öz şərab məhsullarını Las-Veqasda təqdim ediblər

Las-Veqasda keçirilən 71-ci Şərab və Spirtli İçkilər Sərgisində Azərbaycan şirkətlərinin istehsal etdiyi şərab məhsulları nümayiş etdirilib. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan verilən bilgiyə görə, Azpromo-nun dəstəyi ilə “Abşeron Şərab”, “Aspi winery”, “AZ-Qranata”, “Caspian Coast”, “Vinagro”, “Göy-Göl” və “Şərq Ulduzu” müəssisələrinin istehsal etdiyi şərab məhsulları da ilk dəfə ABŞ-ın ən böyük beynəlxalq şərab və spirtli içkilər sərgisində təqdim olunub.

Sərgi iştirakçılarına Azərbaycanın «Bayan Şira» və «Mədrəsə» kimi milli üzüm sortlarından və həmçinin məşhur «Chardonnay», «Merlot», «Şiraz», «Muscat» və «Cabernet Sauvignon» üzüm sortlarından hazırlanmış 15 çeşiddə şərab məhsulları təqdim olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 256