Muəllif:

Əli Həsənov:” Biz tolerant xalqıq, əlbəttə, onu daş-qalaq etməməliyik”

PA İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV qurultayında çıxışı zamanı yazıçı Əkrəm Əylislinin «Daş yuxular» əsərinə münasibət bildirərək deyib:

«Bu gün xalq yazıçısı adını daşıyan bir adam bəşəri hisslərin önündə getmək əvəzinə, Azərbaycan xalqına şər atır, minlərlə şəhidimizin ruhunu tapdalayır. Bir insanın milli hissi yoxdursa, onda bəşəri hiss ola bilməz. Bir şəxsdə vətəndaş məsuliyyəti kasaddırsa, onda bəşəri məsuliyyətin olması mümkün deyil. Başqa bir xalqa yarınmaq, özünü bəşəri hisslərin daşıyıcısı kimi göstərmək məqsədilə öz xalqına böhtan atmaq nə deməkdir?». (Trend)

Əli Həsənov
Həsənov bildirib ki, bu gün həmin mənfur dövlətin mərkəzi şəhəri olan İrəvanda nə qədər türk, müsəlman yaşayıb.
«İrəvan əhalisinin 90 faizi azərbaycanlılar olub. Əsrin əvvəllərində bir fransız rəssamın çəkdiyi tabloya baxarkən orada çoxlu sayda məscidlərin olduğunu görmək olur. Bunların hamısı Azərbaycan məscidləri idi. Bu qədər məscidi olan bir şəhər nə zamandan orta əsr erməni torpağı ola bilərdi? Minlərlə azərbaycanlını qətlə yetirən, Azərbaycan torpağını işğal edən, Xocalı soyqırımını törədən erməni gəncini bəşəri hisslərin müdafiəçisi, öz millətinin nümayəndəsini isə cılız xislətli, qatil bir şəxs kimi təqdim edir», — Həsənov əlavə edib.

PA rəsmisi sual edib ki, bu insanın əməlinə hansı şəkildə haqq qazandırmaq olar?

«Belə insanlara Azərbaycan xalqı olaraq ictimai nifrətimizi bildirməliyik, milli mənsubiyyəti olmayan bir şəxsin bəşəri hisslərdən danışmağa haqqı yoxdur. Biz tolerant xalqıq, əlbəttə, onu daş-qalaq etməməliyik. Çünki belələrini çox görmüşük. Orxan Pamuk bir cümləyə — «erməni soyqırımını türklər tanımalıdır» fikrinə görə öz millətinin qınağına çevrildi və tərki-vətən olundu. Niyə? Bir mükafat almaqdan ötrü. Səndən xalqın və millətin imtina edirsə, o mükafatı almağa dəyərmi? Bir insanın milli hissindən yüksək heç nə ola bilməz. Bu gün Azərbaycana internet vasitəsilə meydan oxumaq istəyən neçə-neçə dırnaqarası jurnalistlər, yazıçılar, siyasətçilər, sizcə, Əkrəm Əylisliyə niyə belə müsbət münasibət sərgiləyirlər? Düşünürlər ki, bəlkə gələcəkdə hakimiyyətə gəlmək üçün bu fikirlərinə görə onlara kimsə kömək edəcək. Ayıb olsun belələrinə», — Həsənov çıxışında deyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 200