Dövlət 304 min nəfər zərərçəkmişə əməkhaqqı ödəyəcək

Dövlət 304 min nəfər zərərçəkmişə əməkhaqqı ödəyəcək

Ümumilikdə sektorlar üzrə 20 fəaliyyət sahəsi nəzərdə tutulur

 

Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə 304 min nəfər muzdlu işçinin əməkhaqlarının odənilməsi üçün maliyyə dəstəyi proqramının detalları açıqlanıb. AYNA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış pandemiyadan zərər çəkmiş sahələrdə əməkhaqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramında nəzərdə tutulub.

 

Proqrama görə, 304 min muzdlu işçinin 106,4 min nəfəri ticarət, 87 min nəfəri xidmət, 78,8 min nəfəri sənaye, 7,8 min nəfəri nəqliyyat, 24,6 min nəfəri isə digər sektorda çalışır.

 

Ümumilikdə bu sektorlar üzrə 20 fəaliyyət sahəsi nəzərdə tutulur.

Müəllif: Ayna.az      1 Aprel 2020 14:51
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin