Gürcüstanda koronavirusa yoluxanların sayı 83 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 83 nəfərə çatıb

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

Gürcüstanda daha iki şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxma sayı 83-ə çatıb.

 

Hazırda karantində 4 641, stasionar nəzarətdə isə 239 nəfər saxlanılır.

 

Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların 14-ü sağalıb. Hazırda aktiv virus daşıyıcılarının sayı 69 nəfər təşkil edir.

Müəllif: Ayna.az      27 Mart 2020 22:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin