Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan Rusiyadan koronavirusun təsbiti üçün test sistemləri alacaq

Azərbaycan Rusiyadan koronavirusun təsbiti üçün test sistemləri alacaq

Bu sistemlər 80 min nəfər pasiyenti testdən keçirməyə imkan verəcək

 

Azərbaycan, İran və digər ölkələr koronavirusun təsbiti üçün istifadə edilən Rusiya istehsalı olan test sistemləri alacaq. AYNA xəbər verir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidmətindən bildirilib.

 

Məlumata görə, Rusiya Avrasiya İqtisadi Birliyi, MDB ölkələri, həmçinin İran, Şimali Koreya və Monqolustana koronavirusu təsbit etmək üçün 800 test sistemi göndərib. Bu sistemlər 80 min nəfər pasiyenti testdən keçirməyə imkan verəcək.

 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Vuhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 124 ölkədə qeydə alınıb.

 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 410-a çatıb. Bunların 68 313 nəfəri sağalıb, 4 635 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Müəllif: Ayna.az      12 Mart 2020 11:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin