Bakıda bəzi sərnişin avtobuslarının hərəkəti çətinləşdi

Bakıda bəzi sərnişin avtobuslarının hərəkəti çətinləşdi

Bu gün səhər saatlarında “Sədərək” Ticarət Mərkəzində yanğın baş verib

 

Bakının Qaradağ rayonundakı “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar 117, 120, 126, 130, 164, 174, 176, 194, 206 və 211 saylı müntəzəm marşrut xətlərinin fəaliyyətində çətinliklər yaranıb.

 

AYNA bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

 

Məlumata görə, məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılıb və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılıb.

Müəllif: Ayna.az      18 Fevral 2020 10:41
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin