İlham Əliyev Almaniyada Dilqəm Əsgərovla Şahbaz Quliyevdən danışıb

İlham Əliyev Almaniyada Dilqəm Əsgərovla Şahbaz Quliyevdən danışıb

Prezident “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşündə Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda saxlanılmasından danışıb.

 

AYNA xəbər verir ki, görüşdə dövlət başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib.

 

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Müəllif: Ayna.az      14 Fevral 2020 16:42
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin