Əsas səhifə Haqqımızda Xəbər lenti

"Flame Towers”də Birinci dünya müharibəsi - VİDEO

"Flame Towers”də Birinci dünya müharibəsi -          VİDEO

“Qızıl Qlobus” mükafatına iki nominasiyada qalib gələn “1917” hazırda “Oskar”ın əsas favoriti sayılır

 

“Park Cinema” kinoteatrlar şəbəkəsi 2020-ci ilin tədbirlərinə start verib. AYNA xəbər verir ki, çərşənbə günü belə tədbirlərdən biri baş tutub.

 

Belə ki, “Park Cinema Flame Towers”də Sem Mendesin “1917” filminin bağlı nümayişi keçirilib. “Amapola Events” şirkəti ilə birgə keçirilmiş tədbirdə Birinci dünya müharibəsinin atmosferi canlandırılıb.

 

Qeyd edək ki, Sem Mendes (“Skayfoll”, “Amerikansayağı gözəllik”, “Dəhşətli nağıllar”) tərəfindən çəkilmiış filmin baş qəhrəmanları cəbhəyə təcili bir məktub çatdırmalıdırlar. Çatdıra bilməsələr, 1600 əsgər düşmən tərəfindən əhatəyə alınacaq.

Filmdə baş rollarda Corc Makkey (“Çağırış”, “Oğlanlar qayıdır”, “Kapitan Fantastik”) və Din-Çarlz Çepmen (“Kişi ol”, “Sərnişin”, “Kral”) çəkilib. Polkovnik Makkenzinin rolunu isə Benedikt Kamberbetç canlandırıb.

 

Amerika və Avropada tamaşaçılar bu filmi çox müsbət qarşılayıblar. “Qızıl Qlobus” mükafatına iki nominasiyada (“Ən yaxşı drama filmi” və “Ən yaxşı rejissor”) qalib gələn “1917” hazırda “Oskar”ın əsas favoriti sayılır.

Azərbaycan tamaşaçıları bu filmə IMAX formatında ancaq “Park Cinema Flame Towers”də baxa bilər.

Müəllif: Ayna.az      31 Yanvar 2020 00:10
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin