Əsas səhifə Haqqımızda Xəbər lenti

Trampın impiçmenti ilə bağlı dinləmələr başladı

Trampın impiçmenti ilə bağlı dinləmələr başladı

Prosedura əsasən öncə prokurorluğun aşağı palatadan nümayəndələri danışacaq

 

ABŞ Senatında prezident Donald Trampın impiçmenti ilə bağlı dinləmələrə başlanılıb.

 

AYNA-nın məlumatına görə, Senatdakı respublikaçıların lideri Mitç Makkonnell bildirib ki, senatorların əksəriyyəti prosesin təşkili ilə bağlı yanvarın 21-də Senata təqdim olunan qətnaməni dəstəkləməyə hazırdır.

 

“Prosedura əsasən öncə prokurorluğun aşağı palatadan nümayəndələri danışacaq, sonra prezidentin vəkili söz alacaq. Daha sonra senatorlara yazılı şəkildə hər iki tərəfə sual vermək imkanı veriləcək. Dördüncü mərhələdə Senat əlavə dəlillərə və ya şahidlərə ehtiyacın olub-olmaması barədə qərar verəcək.

 

Senatorlardan biri prosesin qaydasında dəyişiklik etməyə və ya konkret şahidləri çağırmağa və ya sənəd tələb etməyə çalışırsa, mən bu təşəbbüslərə imkan verməyəcəyəm, çünki Senat bu məsələləri sonrakı müddətdə həll edəcək” - deyə, Makkonnell bildirib.

Müəllif: Ayna.az      22 Yanvar 2020 00:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin