“Danışan əllər” nümayiş olunacaq

“Danışan əllər” nümayiş olunacaq

Təqdimat yanvarın 27-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin akt zalında olacaq

 

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin ərsəyə gətirdiyi “Danışan əllər” sənədli filminin təqdimatı keçiriləcək. Bu barədə Mərkəzin rəhbəri Tahir Tahiroviç AYNA-ya məlumat verib.

 

Təqdimat yanvarın 27-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin akt zalında olacaq. Ekran əsərində Azərbaycanın xalq artisti, professor, dirijor Cavanşir Cəfərovun həyat və fəaliyyətindən, uğurlarından, pedaqoji sahədə nailiyyətlərindən bəhs edilir.

 

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Anar Seyidov, məsləhətçisi Əməkdar artist Əziz Qarayusifli, icraçı prodüseri Qənirə Qurbanlı, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Müəllif: Ayna.az      15 Yanvar 2020 18:26
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin