“Hyundai” ilə “Mercedes” toqquşub, həlak olan var

“Hyundai” ilə “Mercedes” toqquşub, həlak olan var

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır

 

Paytaxtın Xətai rayonu Neapol prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, hadisə yanvarın 13-ü saat 6 radələrində qeydə alınıb. Bakı şəhər sakini Elşad Nağıyev idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış, paytaxt sakini R.Quliyevə məxsus “Mercedes” markalı evakuatora vurub.

 

Xəstəxanaya yerləşdirilməyinə baxmayaraq, E.Nağıyev orada ölüb. Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az      14 Yanvar 2020 14:43
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin