Fransada nəqliyyat işçiləri tətil edir

Fransada nəqliyyat işçiləri tətil edir

Paris metrosunun altı xətti bütövlüklə fəaliyyətini dondurub

 

Fransada Yeni il bayramlarının yaxınlaşmasına baxmayaraq, ictimai nəqliyyat işçilərinin tətili davam edir.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu gün 10 TGV sürət qatarından 6-sı işləyir.

 

Paris metrosunun altı xətti bütövlüklə, 7 xətti qismən fəaliyyətini dondurub, yalnız avtomatik çalışan iki xətti normal rejimdə çalışır. Paytaxtın tramvay xətləri də tətildə iştirak edir. Parisin ətraf ərazisindəki nəqliyyat sistemində də axsamalar yaranıb.

 

Nəqliyyat naziri Elizabet Born əvvəlki tətillərin daha ciddi çətinliklər yaratdığını, bu dəfə vəziyyətin nisbətən məqbul olduğunu bildirib.

 

Xatırladaq ki, bir neçə həftədir həmkarlar ittifaqlarının təşəbbüsü ilə Fransa hökumətinin hazırladığı təqaüd islahatına qarşı kütləvi etiraz aksiyaları və tətillər keçirilir.

Müəllif: Ayna.az      28 Dekabr 2019 20:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin