İsrail cinayət məsuliyyətinə cəlb edilir

İsrail cinayət məsuliyyətinə cəlb edilir

Altı mindən çox silahsız etirazçının İsrail snayperlərinin hədəfinə tuş gəldiyi vurğulanır

 

Beynəlxalq Cinayətlər Məhkəməsi (BCM) İsrailin hərbi cinayətləri ilə əlaqədar olaraq istintaq başlatmaq niyyətində olduğunu açıqlayıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, BCM-nin Baş Prokuroru Fatou Bensouda İsrailin kütləvi qətliam, mülki insanları hədəfə almaq, o cümlədən qeyri-mütənasib hərbi gücdən istifadə edərək cinayətlər törətdiyini bildirib.

 

BMT-nin İnsan Haqları Şurasında yaradılan komissiya da BCM-nin addımını dəstəkləyərək, 6 mindən çox silahsız etirazçının İsrail snayperlərinin hədəfinə tuş gəldiyini vurğulayıb.

 

Qeyd edək ki, son 10 ay müddətində, təxminən, 6000-dən çox fələstinli İsrail hərbi güclərinin təzyiqlərinə məruz qalıb və əksəriyyəti bu təzyiqlərə dözməyərək dünyasını dəyişib.

Müəllif: Ayna.az      23 Dekabr 2019 19:07
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin