Yüzdən çox yaşayış evi təbii qazla təmin olunub

Yüzdən çox yaşayış evi təbii qazla təmin olunub

Yevlax rayonunda qazlaşma 98.5%-ə çatıb

 

Dekabrın 16-da Yevlax rayonu Meyvəli qəsəbəsində 118 fərdi yaşayış evinə təbii qaz verilib.

 

AYNA-ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, qəsəbədə qazlaşma işlərinin icrası üçün ümumi uzunluğu 10 164 m müxtəlif diametrli polad və polietilen borulardan istifadə olunub. Bununla da, Yevlax rayonunda qazlaşma faizi 98.5%-ə çatıb.

 

O da bildirilib  ki, rayonda qazlaşdırılmayan cəmi 4 kənd qalıb,  onların da gələcəkdə dövlət proqramlarının həyata keçirilməsi zamanı qazlaşdırılması gözlənilir.

 

Qeyd olunub ki, Yevlax rayonu Meyvəli qəsəbəsinə qazın verilməsi “Qaz Təsərrüfatında Texniki Təhlükəsizlik Qaydaları”na riayət etməklə təmin olunub.

Müəllif: Ayna.az      16 Dekabr 2019 19:31
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin