Sərhəddə iki narkotacir saxlanılıb

Sərhəddə iki narkotacir saxlanılıb

Onların üzərlərindən 4.7 kiloqram narkotik vasitə götürülüb

 

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb. DSX-nın Mətbuat Mərkəzindən AYNA-ya verilən məlumata görə, cari ilin 8 dekabr tarixində Xidmətin Sahil Mühafizəsinin Lənkəran rayonunun Sütəmurdov kəndinin ərazisində, DSX əməkdaşları tərəfindən özlərini şübhəli aparan “Mersedes-Benz Viano” markalı 99-SC-230 dövlət nömrə nişanlı avtomobildə olan iki nəfər saxlanılıb.

 

Onların üzərlərinə baxış zamanı, ümumi çəkisi 4 kq 750 qram (3 kq tiryək, 1 kq heroin, 750 qr metamfetamin və 2680 ədəd “Metadon - 40” markalı həbb) narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri, 1979-cu il təvəllüdlü Məmmədov Səyavuş Ramiz oğlu və 1977-ci il təvəllüdlü Abdullayev Fariz Şaban oğlu olmaları, S.Məmmədovun əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.

 

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      11 Dekabr 2019 12:34
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin