Əsas səhifə Haqqımızda Xəbər lenti

Amerikadan məktub, Mətbuat Şurası və Avqi tövlələri

Amerikadan məktub, Mətbuat Şurası və Avqi tövlələri

Hərəkət etmək zamanıdır, yoxsa marginalların dalğası hər şeyi yuyub aparacaq

 

Bu günlərdə Press Klubun saytında “Turan” agentliyinin direktoru Mehman Əliyevlə “Gecikmiş bir qatar gəlir” başlıqlı müsahibə dərc olunmuşdu. Orada söhbət hakimiyyətin KİV-ni idarə edən iki əsas fiquru, nəhayət, siyasi səhnəni tərk etdikdən sonra dağıdılmış medianı yenidən necə qurmalı olduğumuzdan gedirdi.

 

Müsahibə Azərbaycanda da, ölkədən kənarda da maraqlı reaksiyalara səbəb oldu. Oxucuların əksəriyyəti (onları “sosial şəbəkə istifadəçilərı” adlandırmağa dilim gəlmir, elə köhnə qaydada “oxucu” desəm, yaxşıdır) sözünü birbaşa müsahibə verən şəxsə deyirdi. Mənə isə, Press Klubun rəhbəri kimi, bir nəfər rəy göndərmişdi. Bu, amerikalı soydaşımız Babək Məmmədov idi, Feysbuk səhifəsindən aldığım məlumata görə, özü də yazı-pozu əhliydi və aramızda cəmi iki aylıq yaş fərqi olardı.

 

“Arif, – Babək Məmmədov yazırdı, – adınızla müraciət etdiyimə görə üzr istəyirəm, ancaq Amerikada belədir. Boz kardinal öz “silahdaşıyanı” (bu söz ekspressiv cəhətdən daha yumşaq ifadə ilə əvəzlənib – A.A.) Əli Həsənovla getdi. Total nəzarət yoxdur. Yeni liberallar nisbi yumşaqlıq gətirəcəklər. “Avqi tövlələri”ni təmizləmək lazımdır. Amma Sizdən, Mehman Əliyevdən, Elçin Şıxlıdan eşitmədiyim bir şey var, bu da Amaşovun istefası tələbidir. Sizlərin müstəqil mətbuata rəhbərlik etməyinizin vaxtıdır. “Zerkalo” yeni formatda qayıtmalıdır. Hərəkət etmək zamanıdır. Yoxsa marginalların dalğası hər şeyi yuyub aparacaq. Onlar tarakanlar kimi deşiklərindən çıxıblar. Siz pozitivə dəstək verməlisiniz, yarımçıqlığı, qətiyyətsizliyi, səhvləri amansız tənqid etməlisiniz!”

Müəllif: Arif Əliyev      9 Dekabr 2019 17:55
Arif Əliyev bölməsinə aid digər xəbərlər
28 Oktyabr
10:23
Mixail Zabelin: “Bu, bütün azərbaycanlılar üçün müqəddəs müharibədir”
27 Oktyabr
23:21
“Azərbaycan Ermənistan ərazisinə cavab zərbəsi endirsə, Rusiya müdaxilə etməyəcək”
27 Oktyabr
21:04
“Gərək ingilis, amerikalı olam ki, sözümü dinləsinlər?” – VƏZİYYƏT CİDDİDİR
27 Oktyabr
19:48
Rusiyadan qaçdım, amma Qərbə çatmadım - Paşinyan ermənilərə fəlakət yaşadır
27 Oktyabr
18:02
Ermənistan Bərdəyə raket atıb: ölənlər və yaralılar var
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin