Artilleriya bölmələrimizə əmr verilib - VİDEO

Artilleriya bölmələrimizə əmr verilib -           VİDEO

Ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin taktiki təlimləri keçirilir

 

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonlarında raket-artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

 

Nəzəri bilikləri və təhlükəsizlik qaydalarını mənimsəyən şəxsi heyətlə poliqonlarda müxtəlif mövzularda praktiki məşğələlər keçirilir. Təlimlər raket və artilleriya qoşunlarının idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və bölmələrin döyüş uzlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində digər qoşun növləri və qisimləri ilə qarşılıqlı fəaliyyətin təşkili və digər məsələləri məşq etdirmək məqsədilə keçirilir.

 

Praktiki məşğələlərə cəlb olunan qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl olaraq yerinə yetirirlər. Təlimlər zamanı raket və artilleriya qoşunlarının bölmələri döyüş atışları icra edir.

Müəllif: Ayna.az      2 Dekabr 2019 18:17
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin